İcra başçısı vətən müharibəsi iştirakçısını təhqir etdi

 

 

Hörmətli oxucular, Azərbaycanda daha bir biabırçılığı sizlərin nəzərinə çatdırmaq istəyirəm. Vətən müharibəsi iştirakçısını İcra Başçısının necə təhqir etdiyini bilirsinizmi? Təəssüf olsun ki, çox utancverici hadisə olduğunu sizlərə bildirmək istərdik.
Söhbət Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində qəhrəmanlıq göstərmiş zabitimiz İqbal Səfərovdan gedir. Müharibədən geri dönən qəhrəmanımıza, Pirallahı rayonu İcra başçısı Vasif İmanov tərəfindən iş təklifi gəlmişdir.

–İcra başçısı ilə görüşdüyüm zaman o, mənə, cənab Prezidentimizin sərəncamı ilə İcra hakimiyyətlərində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində şöbə rəisi kimi mənə iş təklifi etdi.
İqbal bəy bu iş təklifini sevinərək qəbul edir. Daha sonra isə Vasif İmanov onunla fəxr etdiyini və birlikdə çalışacaqlarından qürur duyacağını bildirmişdir.

Qəhrəman zabitimiz bir müddətdən sonra gördüklərinə inanmayıb. İqbal bəy bildirir ki, bir müddət sonra onun yerinə başqa bir insanın təyinat aldığını eşidir. Çox keçmir ki, qəhrəman zabitimiz Pirallahı rayon icra başçısı Vasif İmanova bu barədə müraciət edir. Cavabında isə, Pirallahı rayonun İcra Başçısı İqbal bəyə süpürgəçi işləməyi təklif edir.
İqbal bəy isə öz növbəsində Prezident İlham Əliyevə şikayət edəcəyini bildirmişdir.

Bu çür zabitlərimizi icra başçıları kimdir ki, alçaltsın, təhqir etsin. İlham Əliyevin təyin etdiyi icra başçıları heç biri nə xalqına, nə qəhrəmanına, nə qazisinə köməklik etmir. Onların işləri xalqın pullarını oğurlamaqdır. İllərdir İcra başçılarının bir quldur çətəsi kimi hərəkət etdiklərinin şahidiyik…

Mikayıl Əsədov.

Bunu paylaş: