İƏT – də Azərbaycan və Türkiyənin planı

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Toplantısında iştirak etmişdir. Dünynın bir çox ölkələrinin də dəvət aldığı bu toplantı, bölgədə mühüm iqtisadi inkişafa töhfə verməkdədir.
Görüş çərçivəsində İlham Əliyev, bir çox dövlət başçıları ilə təkbətək görüş keçirmiş və bölgədəki Azərbaycan Ermənistan məsələsini müzakirə etmişdir.

İƏT-da iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu qurumun Asia və Avropa üçün çox böyük önəmi olduğunu vurğulamışdır. Qarabağ məsələsinin həllindən sonra, bölgəmizdə yeni iqtisadi imkanların açıldığını və Zəngəzur dəhlizinin önəmindən danışmışdır. Azərbaycan və Türkiyə üçün, çöx böyük önəm kəsb eliyən bu təşkilatın gələcəkdə inkişafı çox vacibdir.

Bu səbəbdən Zəngəzur dəhlizinin açılışından sonra bütün Asiya ölkələri, Azərbaycan və Türkiyədən keçməklə, Avropaya çıxış əldə edə biləcəklər. Azərbaycan Türkiyə ilə birlikdə Asiya ölkələrinin inkişafında böyük rol oynaya bilər.
Bir sözlə, Zəngəzurun azad edilməsindən sonra, Azərbaycan və Türkiyə azad iqtisadi zona yarada bilər və gələcəkdə bu birliyə Asiya ölkələrinidə cəlb edəcəkdir. Bir sözlə, Bakı və Ankara “Sinqapur” iqtisadi modelini bölgəmizdə sınamaq fikrindədirlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın