İ.Əliyevin Azərbaycan xalqına və dövlətinə xəyanətinin isbatına ehtiyac yoxdur, o aksiomdır.

Oxucularıma çox yaxşı məlumdur ki, mən 2016-cı ilin yanvarından başalayaraq ölkə başçısına elektron mətbuat vasitələri üzərindən müraciətlər ünvanlayaraq ölkədə talanlara son qoymaq, quldurluqdan cinayətlərdən əl çəkərək ya dövlətə rəhbərliyi təmin etmək, ya da rədd olaraq çıxıb getmək təkliflərini irəli sürmüşəm. Nəticə nə olmuşdur. Vahid hərəkət vasitəm olan avtomobilin polis tərəfindən zor tətbiq olunaraq 27 iyul 2017-ci ildə əlimdən alınaraq, mən 20 ilin dövlət qulluqçusu, 2015-ci ilin aprelində xüsusi dövlət əhəmiyyəti daşıyan mühüm tapşırığın (dövlət material ehtiyyatları ambarlarının inventarlaşdırılması) icrası zamanı daim ikinci şəxsin köməyinə ehtiyacı olan ömürlük 1-ci dərəcəli əlilə çevrilmiş Azərbaycan vətəndaşı (bir tərəfim iflicdir, hərəkətim məhdudur) Bakı şəhərinin tən ortasında küçəyə tullanmış, yoldan keçənlərin köməyi ilə yaxınlarımla telefon əlaqəsi saxlamış və onların köməyi ilə evimə qayıda bilmişəm. Sonra çürümüş məhkəmə sistemində öz hüquqlarımın bərpası uğurunda ölüm-dirim mübarizəsinə başladım. Hakimlər nə qədər get-gələ, süründürməçiliyə salsalar da axırda mənim haqlı olduğumu təsdiq etməli və DYP-nın qanunsuz sənədlərinin ləğv edilməsi barədə qərar vermək məcburiyyətində qaldılar. ƏN-in Sumqayıt icra və probasiya şöbəsi məhkəmə qətnaməsini icraata qəbul etmədi. DYP-nin əksinə qətnamə çıxarmağa cəsarət etmiş Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudov ƏN-nin təqdimatına əsasən vicdanın nə olduğunu anlamayan, talançıların arxa-dayağı olan və heç də utanıb-qızarmadan hər gün əhaliyə ağ yalanlar sırımaqla məşqul olan İlham Əliyevin sərəncamı ilə vəzifədən kənarlaşdırıldı.
Avtomobilim bir il səkkiz gün açıq atmosfer altında saxlanılaraq istismara tam yararsız vəziyyətə gətirildi. Köhnə dostlar avtomobilə tam qeyri-qanuni (bunu artıq məhkəmə təsdiq etmiş və onun qərarından şikayət verilməmişdir)tətbiq olunmuş cəriməni ödədikdən sonra nəhayət 05avqust 2018-ci ildə onu cərimə meydançasından götürmək mümükün oldu. Burada BDYP-nın daha bir cinayətinin üstü açıldı. Məlum oldu ki, polisin tabeliyində olan meydançalarda avtomobillər qaldırılaraq yerdən aralandırılır və yararlı hissələr sökülür, dəyişdirilir. Konkret olaraq avtomobilinə on min manatdan artıq ziyan vuruldu. Nəvəm özünə məxsus avtomobili sataraq mənimkini bərpa etməyə xərcləməli oldu. Həmin nəvəm vətən müharibəsinin ilk günündən son gününə kimi ali təhsilli olmasına baxmayaraq kəşfiyyat qrupunun sürücüsü kimi düşmən arxasında vuruşdu, hələ ki, ağır maddi ehtiyaclar içərisində yaşayan, xərçəngdən əziyyət çəkən anası və tələbə olan kiçik qardaşının yanına qayıtmamışdır. Nəfəsi belə yalana gedib-gələn, hakimiyyəti mənimsəmiş olduğu 20 il ərzində idarəçilik təcrübəsi istiqamətində bir millimetr belə irəliləməyə qabiliyyəti çatmayan İ.Əliyev döyüşlər gedən günlərdə rekord hədli aktiyorluğunu nümyiş etdirmişdir. Hər gün muzdlu aləti olan, əsasən əxlaqsızlıq yuvası kimi tanınan telekanallardan əhalinin qulaqlarını yalanlarla doldurmuşdur.
Hazırda 40 yaşdan yuxarı olanlar H.Əliyevin keçən əsrin 70=80=cı illərı ərzində ölkəyə rəhbərlik edərkən vicdanlı insanlara qarşı çox qəddar olmuş, onun cinayət əməllərində iştirak etmək istəməyənləri məhv etmişdir Moskvaya təyinit aldıqdan sonra da respublikaya rəhbərliyi öz əlində saxlamış,onun qanunsuz göstərişlərinə tabe olmayanlara divan tuturdu.
Vəziyyət dözülməz həddə çatdığından1988-1989-cü illərdə Moskvadan Azərbaycana 20 nəfər ən təcrübəli müstəntiqlərezam edildi.Onlarin icra etmiş olduqları istintaq tədbirləri nəticəsində 500-dən yuxarı epizod üzrə H.Əliyevin Azərbaycan insanlarına qarşı etdiyi cinayətlər sübuta yetirilmiş və ona qarşı 116 cinayət işi qaldırılmışdır. 1990-cı ildə cinayət məsuliyyətinə alınmasını qabaqlamaq məqsədi ilə H.Əliyev azərbaycanda xüsusi qayğı ilə əhatə edərək bəslədiyi və DTK-ya rəhbərlik edərkən formalaşdırdığı lakin, Azərbaycan KP MK-ya keçərkən qanunçuluqda nəzərdə tutlmuş qaydada təhvil verməyib öz sərəncamında saxladığı agenturanı da nemət Pənahovun (Pəbnahlı) sərəncamına verdi. Bakıda erməni mənzillərinə basqınlar təşkil olundu, onlarda qiymətli nə var idi Nemətin qərargahına daşındı. Bu biri tərəfdən isə mənşəyi hamıya məlum olan Artur Rasizadə tərəfindən Qorbaçova teleqram göndərilərək Bakıya qoşun dəvət edildi. Sonradan Bu teleqram rəhmətlik Elmira Qafarovanın ayağına yazıldı. Qanlı 20 yanvar törədildi. H.Əliyev bu ümumixalq faciəsindən də öz öz xeyrinə istifadə etməyə bilməzdi. Bu onun ruhuna ziddir. Ona görə də o azərbacanın Moskvadakı nümayəndəliyinə gəldi və xüsusi “ŞOU” düzənlədi. Azərbaycana xozyainin qayıdacağı mesajı verildi. Sonra H.Əliyev qısa müddətə Naxçıvana yiyələnir. Bu vaxt Azərbaycana qarşı Robert Köçəriyanla separat danışıqlara girərək mövqe birliyi yaradir. Bakida isə Ziyad Səmədzadə, Artur Rasızadə və Ramiz Mehdiyev (hazırda o vaxtkı hərəkətinə çox peşimandır) bütün köhnələri hərəkətə gətirdilər. 91-lər gündəmə gəldi. Surət Hüseynovun AXC hakimiyyətinə silahlı hücumu təşkil olundu və H.Əliyevin Surəti ram etməsi barədə teatrlaşdırılmış səhnəsi H.Əliyevin Azərbaycanda hakimiyyəti ələ keçirməsi ilə nəticələndi. Bu prosesdə Xocalı qətlamından ustalıqla istifadə olundu. Burada çox maraqlı olan bir suala cavab verilməsinin də vaxtından artıq 30 ilə yaxın vaxt keçmişdir. Xocalı başçısı Elman Məmmədov Xocalı hadisələrindən üç gün əvvəl H.Əliyevin qəbulunda olmuşdur. Sonralar iqtidarın xüsusi qayğısı ilə əhatə olunmuş Elman bunun səbəbini izah etməlidir. H.Əliyevlə görüşündə müzakirə etdiyi məsələlər barəsində xalqa hesabat verməlidir. Çünki H.Əliyevlə bağlı zülmət qaranlıqlar tam işıq salınmadan millətin sabahının qurulması xam xəyal olaraq qalacaqdır.
Ata Əliyevin Azərbaycanda hakimiyyəti mənimsəməsinin bu xalqa nəyin bahasına başa gəldiyi artıq göz qabağındadır.Bunun üçün özümüzün yaşadığımız və şahidi olduğumuz hadisələrin çox cüzi bir hissəsinin nəzərdən keçirilməsi elə faktlar ortaya qoyacaq ki,istənilən normal düşüncəli insanı vahimələndirəcəkdir. Ya gərək Siyavuş Novruzəli, Elman Nəsir, Sahibə Qafar və bunlara bənzərlər kimi kor və kar olasan ki, bunları görüb-eşitməyəsən, yaxud Fəzail Ağanınmalı, Zahid Oruc və Qüdrət Həsənqulu olasan ki, yaltaqlığın bütün hədlərini aşaraq İlham Əliyevin Uca Tanrının belə haqqına girdiyini danmağa cürət edəsən. Qüdrət Həsənqulunun 25 ildən artıq bir müddətdə iqtidar tərəfindən yağ-bal içərisində bəsləndiyi, ona hətta partiya da hədiyyə edildiyi cəmiyyətin gözü qarşısında baş vermişdir. Buna əlavə olaraq bildirirəm ki, bu öz əsil üzünü çox ustalıqla 30 ildən artıq müddətdə gizlətməyi bacarmışdır.Bu persona hələ xalq hərəkatı dövründə AXC-nin yüksək təbəqəsinə soxuşdurulmuş və o zamanlar göstərmiş olduğu “xüsusi” xidmətlərə görə ömürlük deputat kreslosu, yağlı yerindən təminat, daha nələr , nələr almağa nail olmuşdur. Hərəkətləri onu deməyə əsas verir ki, Heydər Əliyevə satıldığı üçün yuxarıdakıları əldə etmiş Həsənqulu bütöv Azərbaycanı Danabaş kəndi, Əhalini isə Novruzqulu təsəvvür edir ki, indi də rus kəşviyyatına işləyir. Görün oğraşlıq hansı dərəcədə olmalıdır ki, sən bütün dünyaya car çəkəsən ki, Azərbaycan müharibə səhnəsini Lavrovun senarisi əsasında oynamışdır və ağaların əmrinə uyğun olaraq dərhal durdurmuşdur. Bununla da verilmiş şəhidlərin qisasının alınmasına, torpaqların işdaldan azad edilməsinə yönəli xalqın bir yumruq halında birləşərək göstərdiyi misilsiz şücaətə kölgə salasan. O heç nədən çəkinmıdən işgalçı rus qoşunlarının torpaqlarımıza yeridilməsini təmin etməklə xaiqa birmənalı şəkildə xəyanət etmiş İ.Əliyevə ayı xidməti göstərməyə cəhd etmişdir. Başı mal-mülk, havayı sərvətlər əldə olunmasına qarışmış Qüdrət və ona bənzərlər indi xalqa, millətə, dövlətə qarşı xəyanət etməkdə davam edir, Moskva qarşısında götürmüş olduqları öhdəçilikləri yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır, bütün alçaqlıqlara gedirlər.

İ.Əliyev atasının erməni dayılarının tələblərinə, rus ağalarının maraqlarına, əmrlərinə itaət eədrək noyabr;n 9-dan 10-na keçən gecə müzəffər ordunun hücumunu dayandırdı. 60 min nəfərdən artıq erməni əsgərini və silahlısını əsarətdən qurtardı. Rus faşistlərini, işğalçılarını Azərbaycan torpaqlarında yerləşdirdi. Bütün bunlar göz qabağınadır.O vaxt ermənilərin ağ bayraq qaldırmasından,tam kapituliyasiyasından danşan İ.Əliyev və onun üzdəniraq tulaları üstündən üç aydan artıq vaxt keçməsinə və bu yalanlara rəğmən itkilərə məruz qalmağımıza baxmayaraq xalq qarşısında səhvlərini boyunlarına alaraq üzr istəməyə belə kişilikləri çatmır.Əlbəttə ki, bunu Hikmət Hacıyev, Fəzail Ağamalı, Zahid Oruc, Vüqar Bayramov, Elman Nəsirov, Hikmət Babaoğlu və çoxsaylı digər xalq düşmənləri tamamilə başqa gözlə görür, xalqa super yalanları yedirtməklə öz yallarını artırmaq eşqində yeni üfüqlər fət edirlər. Bu mövzu ilə bağlı Sahibə Qafarovanın personasından da yan keçmək mümkünsüzdür. Bu özünü xoşbəct hesab edən xanım heç olmazsa öz yumşaq əndamına əziyyət verərək cavab versin görək ölkənin əzəl torpaqları olan Qarabağda erməni işğalçılarının mövqelərinin əsaslı şəkildə möhkəmləndirilməsi üçün oraya yeridilmiş rus ordusunu necə adlandırır və buna şərait yaratmış İ.Əliyevin bu hərəkətinə qiymət verilməsindən niyə qorxur. A bala ya vəzifə borcunu icra et (Lavrovun – Kələntəryanın təlimatlarını demirəm e, mən Azərbaycan MM-in spikerinin vəzifələrindən danışıram). Ya da ki,ləyaqətini itirmədən çıx get.
, Mən yenidən tarixə ekskurs etmək məcburiyyərində qalıram. Heydər Əliyev əslində kim olmuş və onu xalqa tamamilə başqa simada sırımaq üçün niuyə hər şeyi qurban verməyə çalışırlar. Keçən əsrin 60-cı illərinə qayıdırıq. Azbaycan İttifaqda olan digər respublikalarla yanaşı ölkə quruculuğu yolunda inamlı addımlarla irəliləyir, yeni şəhərlər salınır, sənaye nəhəngləri istifadə verilirdi. O zamanlar ölkəyə rəhbərliyi Azərbaycan KP MK həyata keçirirdi və onun birinci katibi Vəli Axundov idi. 1968-ci ildə respublikada, o zamanlar dinlə əlaqələndirildiyi üçün ittifaqın xüsusi orqanları tərəfindən yaxşı qarşılanmayan, Novruz bayramı dövlət səviyyəsində qeyd edildi. Bu işin bilavasirə təşkilatçıları Şıxəli Qurbanov və Vəli Məmmədov olmuşdur. O zamanlar Azərbaycan DTK-sına rəhbərlik edən Heydər Əliyev respublikada rəhbərliyi öz əlinə keçirmək üçün əlverişli şəraitin yetişdiyiunin fərqində idi. Bunun üçün Şıxəli Qurbanov aradan götürülməli idi. O, Bakı şəhərində diş həkimi (yəqin ki, DTK-nın agenti olmuşdur)tərəfindən öldürüldü. Qurbanovun həyat yoldaşı hadisə yerinə buraxılmadı, H.Əliyevin orada olduğu bildirildi. Sonralar aktiv siyasətə yol açmış qızının potensial təhlükəsi nəzərə alınaraq, bütün yolları bağlandı.H.Əliyev ona birinci kresloya yüksəlişdə hər hansı manelər törədə biləcəyi etimal olunanların hamısını məhv etdi. 1969-cu ildə erməni dayılarının yanına qaçaraq onlardan Moskvada olan kanallarını hərəkətə gətirməyi və onun Azərbaycana yiyələnməyinə dəstək verməyi xahiş etdi. Onlar bunun müqabilində Dağlıq Qarabağın onlara verilməsi istəyində oldularını bildirdilər və ləbbey cavabı aldılar. H.Əliyev damarlarında axan erməni qanına laiq hərəkət etməyi və hər şeyə tələb olunan andan on illər əvvəl hazırlıq gördüyünü dəfələrlə sübut etmişdi. Məhz Azərbaycan xalqına və millətinə qarşı tutmuş olduğu barışmaz düşmənçilik mövqeyini öz Moskvadakı ağalarına dəfələrlə sübut etdiyi üçün SSRY-nin ən nüfuzlu qurumunda general rütbəsinə laiq görülmüş, ona Azərbaycanda DTK-ya rəhbərlik etmək etibar edilmişdi. H.Əliyev respublikanın birinci şəxsinin kreslosunda oturduqdan sonra bu millətə qarşı nəzərdə tutmuş olduğu məkli siyasətin təhlükəsiz və problemsiz həyata keçirmək məqsədlə milləti parçalamağı planlaşdırmışdı və ilkin olaraq Ermənistandan 500-ə yaxın ailə Abşerona gətirmiş və ən qədim kəndlərdən biri olan Corat kəndinin torpaqlarının əsas hissəsinin onlar tərəfindən zəbt edilməsinə şərait yaradılmışdır. Nə baş verdiyini və respublikada bunun qarşısını ala bilməyəcəyini dəqiq bilən Corat kənd sovetinin sədri bütün tələb olunan sənədləri toplayaraq qatara əyləşir və Moskvaya yola düşür. Ancaq Moskvaya çata bilmir. Qroznıda qatarda öldürülür və nəşi Corata qaytarılır. Coratın zəbt etdirilmiş hissəsində salınan mülklər öz nəhəngliyi ilə kəndin tarixi hissəsindəki tikililərindən bu gün də seçilir. Mən keçən ədrin 70-ci illərində ermənistanlıların evində uzun müddət kirayədə yaşamışam və onlar çox gizli-gizli də olsa bura gəlişlərini Əliyevin təşkil etdiyini və onlara müəyyən maliyyə dəstəyi göstərilirdiyini sızdırırdılar.Mənim yaşıdlarımın yəqin ki, yaxşı yadındadır.İlk olaraq universitet və insıtut rəhbərlərinin rüşvətxorluğu ortaya atıldı.Onlar dəyişdirildi.Əliyev öz yaxınlarını vəzifəyə gətirdi.Növbəti qəbul zamanı məlum oldu ki, rüşvətin məbləği 3 dəfədən çox artıb və savadlılara ali məktəblərə yoiiar demək olar ki, bağlanıb.Orta və ali məktəblər təhsili pambıq və üzüm toplamaqla əvəzlədilər.Rəqəmləri şişirtməklə saxtalaşdırmaq istəməyənlərin qara günləri başladı.Onların bir qrupu yuxularında belə görmədikləri cinayətlərə görə azadlıqlarını itirir,birincinin qəzəbinə tuş gələnlər isə ümumiyyətlə məhv edilirdilər.Pambıq mövsümündə xəstəxana və poliklinikaların belə fəaliyyətinə qadağalar tətbiq edilir , onların rəhbərlərinə yığım üzrə plan qoyulurdu. Hamilə qadınlara belə rəhm edilmirdi.Pambıq tarlaları olan ərazilərdən keçən magistral yollarda belə nəqliyyat vasitələri saxlanılır, müsafirlərin yığıma cəlb edilməsi üçün onlara təzyiqlər edilirdi.Əhali işləyə-işləyə onların başlarına havadan zəhərli dərman səpilirdi.H.Əliyev üçün bunlar qara qəpiyə dəymirdi.Ona Moskva qarşısında sığallı hesabat vermək, növbəti ulduzu almaq önəmli idi.Millətin genofondu məhv olur, savadsızlıq baş alıb gedir millət deqradasiya olur bu daha yaxşı.Deməli hər şey birincinin planına uyğundur .Qroznıda qatarda öldürülür və nəşi Corata qaytarılır. Ermənistandan insanların öz ata-baba yurdlarından didərgin salınmasında H.Əliyev dayılarına dəstək vermiş, hərtərəfli kömək göstərmişdir.Sumqayıt şəhərində qaçqınların qəbuluna xüsusi hazırıqlar görülmüşdür. Bunun üçün ruslar və ermənilər iş birliyi yaradılaraq Cahangir Müslümzadənin devrilməsi təmin edilmişdir.Onun yerinə Naxçıvandan Zülfi Hacıyev gətirilmiş və ona Sumqayıtdan köçməyə məcbur olan ermənilərə mülklərini yüksək qiymətə satmağa yardımçı olmaq əmri verilmişdir. Şəxsi düşüncə və təhliletmə qabilliyəti sahəsində problemli olan bu şəxsin nəyin bahasına olursa-olsun vəzifəsini qoruyub saxlamaqdan başqa bir amalı yox idi. Bundan ruslar və H.Əliyev öz məqsədləri üçün ustalıqla istifadə edirdilər.Çox insanların özlərinin belə xəbəri olmadan H.Əliyevin əlində oyuncağa çevrilirdilər. xocalı qətiliam törədildikdən sonra o vaxtlar müdafiə naziri postunu tutmuş Əlisahib Orucov ağalarından telereportyar Çingiz Mustafayevi xüsusi vertalyotlahadisə yerinəçatdırmaq əmrini alır. O, əmri can-başla yerinə yetirir. Çingiz erməni vəhşiliklərini olduğu kimi lentə alır və Moskvaya çatdırır və hesab edir ki, erməni vəhşiliklərini bütün dünyaya çatdırmaq üçün böyük iş görmüş oldu. Siyasətdən təsəvvürü olmayan bir gənc həyatı bahasına başa gələ biləcək bu hərəkəti ilə H.Əliyev və erməni birliyinə misilsiz xidmət göstərdiyini fərqinə varmadı. Mustafayevin çəkdiyi kadrlar teleekranlarda təkrar-təkrar fırladılmağa başladı. Bu döyüş bölgəsində yerləşən rayonların əhalisini yerindən tərpətdi və kəndlər, qəsəbələr, şəhərlər sürətlə boşaldıldı. O ağır günlərdə Sumqayıtdan kömək aparılması adı altında Laçına getdim. Oradakı abu-havadan dəhşətə gəldim. Görüşdüyümüz çoxsaylı adamlardan bir nəfəri olsun belə orada qalmaq, düşmənə müqavimət göstərmək istəyinin olduğunu müşahidə etmədik. Kimə bu barədə fikir demək istədiksə üstümüzə silah çəkdi və ikinci Xocalı törətmək istədiyimizi bildirməklə, ağır təhqirlərə məruz qoyulduq. Mən ovaxt yerində güllələnmədiyim və bu gün də yaşadığım üçün cərrah-həkim, əslən Laçınlı olan və o torpaqlar uğurunda canından belə keçməyə hazır olan, el ağsaqqalı İzzət Sadıqova (Allah qəni-qəni rəhmət etsin) borcluyam. Üstümə hücum edərək silah çəkənlər onun mənimlə yanaşı olduğunu görən kimi dərhal 180 dərəcə dəyişir, üzr istəyib geri dönürdülər.
H.Əliyev yuxarıda qeyd olunan və çoxsaylı digər hiylələrlə işlətməklə əhalini mövcud hakimiyyətin üzərinə qaldırmağı bacardı. Yekun etibar ilə qanuni hakimiyyət devrildi və o respublikada rəhbərliyiələ keçirdi. Bu prosesdə əsas və həlledici rolu torpaqların ermənilər tərəfindən işğalı oynayırdı. xocalı faciəsi fasiləsiz olaraq telekanallarda fırladıldıBakıya Kür suyunun gətirilməsi atanın antixalq düşüncəsinin məhsuludur.Oğuz –Qəbələdən Bakıya su gətirilməsi isə İ.Əliyev Oktay Əsədov cinayətkar tandeminin korrupsiya əməllərinin məhsuludur.Bunlar hər ikisi dövləti cinayətkar kimi məsuliyyətə alınmalı Oğuz-Qəbələ kəmərinə çəkilmiş xərc onlara ödətdirilməli və kəmərin istismarı dərhal dayandırılmalıdır.Bu iş təxirə salınmadan görülməlidir.Əks təqdirdə o bölgənin flora və faunası məhv olacaqdır artıq bulaqların çoxu qurumaq üzrədir.
Beş ildən artıqdır ki, mən təkrar-təkrar yaşamağa, diqqəti yönəltməyə məcburam ki, İlham Əliyevin mövcudluğu Azərbaycan milləti, dövləti və xalqı üçün təhdiddir və təhlükəlidir. Byna diqqət edən yoxdur. Hazırda ölkədə elə bir incə, həssas situasiya yaranmışdır ki, tale yüklü qərarlar qəbul edilməsi və onların təmin edilməsi istiqamətində konkret addımlar atılması zamanı yetişmişdir. Bu günün işini sabaha saxlamaq elə nəticələrə gətirib çıxara bilər ki, sonradan bu səhvi daha ağır itkilərlə belə düzəltmək mümükün olmayacaqdır.
Elektron kütləvi informasiya vasitələri üzərindən İlham Əliyev rejminin Azərbaycan xalqına onun dövlətçiliyinə qarşı yönəlmiş siyasəti haqqında konkret faktlara söykənərək silsilə yazılar bütün dünya ictimayyətinə çatdırılmışdır. Onun anti-xalq, anti-millət rejminin ata Əliyevin məkrli, hiyləgər qanlı rejminin davamıolmasına baxmayaraq, ata və onun xalqa qarşı törətmiş olduğu cinayətlər haqqında xırda bir qeydiyyat belə olmamışdır.
Deyirlər dərdin dərmanı zamandır. zaman ötür yaralar bağlanır, yanğı tədricən korşalır. Bu kəlam nə qədər qiymətli və yerində deyilmiş olsa da mən onu qəbul edib, həzm edə bilmirəm. Söhbət vətən şəhidlərindən
Vətən müharibəsi minlərlə ailənin taleyinə dərin yaralar vurdu. Konkret birini qeyd etməklə onun nümunəsidə insanların hansı acılar yaşadığını qeyd edirəm. İki ilə yaxın bir müddətdə tanıdığım qədim Şəkidə anadan olmuş, ömrünü vətənə xidmətə həsr etməyi qərara almış və bu şərəfli işin öhdəsindən layiqincə gələn igid xüsusi təyinatların giziri İbrahim Məmmədovdur. sentyabrın 23-də o axırıncı dəfəmənə baş çəkdi. Çox qayğılı və həyəcanlı idi. Ayaqüstü görüşən kimi, dərhal mətləbə keçdi. Gəlmişəm ailə-uşaqlarımı Sizə əmanət edim və arxayın gedim. Arxayın gedim sözləri dərhal mənim iliyimə işlədi. cavab vermək üçün söz seçməyə belə çatdırmadım. Vidalaşdıq getdi. Düşmənə qarşı vuruşda göstərdiyi qəhrəmanlıqlara görə döyüş dostlarının sevilməsinə çevrildi. Hadrutda və Füzulidə zəfər bayrağını sancmaq hüququnu ona verdilər. 22 oktyabrda Laçın uğurunda döyüşlərdə şəhidlik zirvəsində ucaldı. Hazırda bizlərin məsuliyyətində bir üzü qız, bir üzü gəlin həyat yoldaşı 12 yaşlı oğlu 10 yaşlı qızı əmanətidir.
Bütün normal insanlar kimi bir də düşünürdük ki, ölkədə otuz ilə yaxın bir müddətdə hakimiyyəti mənimsəmiş YAP heç olmasa tarixi bu mərhəkəsində üzərinə düşən məsuliyyətin ağırlığını hiss edəcək, müəyyən nəticələr çıxaracaqdır. Hazırda gözləntilərimizin tamamilə əksi baş verir. Ac yalavac əhaliyə hücuma keçilmişdir. Biri yanacağın digəri suyun sonra isə digərlərinin qiyməti qalxdı. Dövlətin rəvac verdiyi qiymət artımı ərzaq məhsullarının ən zəruri növlərinin qiymətləri iki dəfəyə yaxın artmışdır. Bundan ən çox əziyyət çəkən sözsüz ki, şəhid ailələri, Qarabağ qaziləri, əhalinin dövlət qayğısına ehtiyacı olan təbəqəsi olacaqdır. Dövlət qayğısı barədə qərar vermək səlahiyyəti rusların tulası sahil Babayevə verilir. Əhalinin diqqətini şəhidlərin dəfni üçün torpaq sahəsinin (axı Bakı onun ətrafında olan torpaqlar Abutalıbov və digər Naxçıvandan məxsusi gətirilmiş dəllarlar tərəfindən qızıl qiymətinə satılmışdır. Heyvəndarlıqla məşğul olan rayonlarda torpaq islahatları elə həyata keçirilmişdir ki, kəndçi oranı atıb Bakıya qaçsın və olan olmazını Abutalıbova ötürərək, zibillikdə də olsa yerləşsin) tapılmaması, şəhid ailələrinin, qazilərin nəikki qayğıdan kənarda qalır, eyni zamanlarda İ.Əliyevin “şanlı”polisi onlara qarşı zor tətbiq etməklə cəmiyyətə hörmətsizlik nümayiş etdirir. Əliyevin ən yaxın dairəsindən olan adamların bir hissəsi düşmən elan edilərək onalrın üstünə gedilir.
Bu bəyin yadına salıram ki, Ramiz Mehdiyev, Əli Həsənov (köməkçi) Əli Həsənov (qaçqınkom) Kəmaləddin Heydərov, Ziya Məmmədov, Eldar Mahmudov, Füzuli Ələkbərov, Səlim Müslümov, sahil babayev, Mikayıl Cabbarov Ceyhun Bayramov (ölkəyə təhlükədir, təhdiddir) Zakir Qaralaov, Ramil Usubov, Vilayət Eyvazov, Əli Nağıyev (indi bu qardaşlar dəbdədir. Biri milli təhlükəsizlikdən başqa nə ilə desən məşğul olur. Digər qardaşı MM-də oturub qardaşının qanunsuz əməllərini pərdələməklə məşğuldur. Rüstəm Usubov, Mehriban Əliyeva, Kərəm Həsənov Fikrət Məmmədov Fuad Ələsgərov, Əli Əsədov və saysız-hesabsız digər korrupsionerlər onun özünü təkrar etməklə korrupsioner və rüşvətxor olmuşlar.Talanların yarıdan çoxu Mehribanın fondunun payına düşür. Bəs Mehriban nə vaxt türməyə istirahətə göndəriləcək. Paşayevlər talançılığına nə vaxt son qoyulacaq. Buzovna vəAlbalılıq qəsəbələrinin torpaqlarının uçotunu çıxarın və xalqa izahatla birgə təqdim edin. Qoy siravi vətəndaşlar görsünlər ki, onların torpaqlarını kim zəbt edib.
Bəylər Eyyubov personasını da yaddan çıxarmayın. Qoy onun mənimsəmiş olduğu torpaqlar da ortaya qoyulsun.
İ.Əliyev özün etiraf edirsən ki, bütün bu cinayətlərdən xəbərin yoxdur. Onda get Nikitinin kolxozunda neçə qoyun etibar etsələr, qat qabağına apar otarmağa. Onda ölkədə baş verənlər barəsində daha geniş məlumatın olacaqdır. Pis vərdişlərdən canın qurtaracaqdır.
H. Əliyevin yaxası artıq 20 ilə yaxındır ki,inkir-minkirin əlindədir.Ancaq bu gün də xalq onun ucbatındanzüm çəkməkdədir.Bu çox geniş yazının mövzusudur.Növbəti yazıları izləyin.

Oxucularına dərin hörmət və sayğılarla
Tahir Babayev 10.02.2021
050-331-58-11

Bunu paylaş: