İşğalçı siyasəti ilə uçuruma düşən Ermənistan

 

Artıq bir aya yaxındır davam edən Azərbaycan-Ermənistan müharibəsində açıq şəkildə məğlubiyyətə uğrayan və heç bir halda sülh danışıqlarına gedərək işğal etdiyi Azərbaycan torpaqlarını geri vermək istəməyən ermənistan ordusu artıq fiaskoya uğramış durumdadır. Beynəlxalq qanunları heçə sayaraq, BMT tərəfindən qəbul edilən qətnamələri qəbul etməyən işğalçı ermənistan və rəhbərliyi bu gün ağır durumda olmasına baxmayaraq sülh masasına oturmaqdan imtina edir. Azərbaycanın 30 ildir Ermənistanla apardığı danışıqlar heç bir nəticə verməmiş, əksinə ermənistan siyasətini daha da artıraraq atəşkəsi kobudcasına pozaraq Azərbaycanın digər ərazilərinə hücumlar təşkil etmişdir. Bu gün Azərbaycanın haqlı olaraq öz torpaqlarını azad etməsi yönündə başlatdığı əməliyyatlar öz bəhrəsini verməyə başlamışdır. Düşmən tərəfi Dağlıq Qarabağda xeyli sayda itki verərək geri çəkilməyə məcbur olur. Azərbaycan ordusundan fərqli olaraq, işğalçı ermənistan dövlətinin ordusu sivil insanları hədəf alaraq beynəlxaq qanunları kobudcasına və aşkar şəkildə pozur. Mən beynəlxalq təşkilatlardan ermənistan hökumətinin işğalçı siyasətini və sivil insanlara qarşı yürütdüyü təxribatları durdurmağa çağırıram. Bu gün ermənistanın uzun illərdir davam edən işğalçılıq siyasətinə dur demək zamanıdır. Əks halda, bu gün baş verən hadisələrdən və yaranmış müharibədən birbaşa ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistan sonda anlamalıdır ki, işğal etdiyi Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidir.

Əziz Əzizli.

Bunu paylaş: