İşğalçı qonşu: Ermənistan

Hazırda bəşəriyyətin üzləşdiyi başlıca problemlərdən biri də müharibədir. Və bu müharibələr nəticəsində ən böyük xəsarəti sivil insanlar, millətlər alır. Bu gün illərdir davam edən Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi şəkildə doğma yurd-yuvalarından qaçqın düşmüşdür. 120 dünya ölkəsi tərəfindən Ermənistanın işğalçı ölkə kimi tanınması və BMT Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnaməni bu günə qədər yerinə yetirməməsi buna bir sübutdur. Ermənistanın Azərbaycanın suverenliyini,ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını kobud şəkildə pozması, beynəlxalq hüquqlara ziddir! 26 ildir Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri Ermənistan tərəfindən qəti şəkildə rədd edilmiş və sülh danışıqları heç bir bəhrəsini verməmişdir.

Əziz Əzizli

 

 

Bunu paylaş: