İşğalçı necə “Nobel Sülh” mükafatına namizəd ola bilər?

Bu günlərdə rus mətbuatlarında bir mövzuya rast gəldim, Rusiya prezidenti Vladimir Putin 2021 – ci ildə Nobel Sülh Mükafatının verilməsinə öz namizədliyini irəli sürmüşdür. Bu barədə rəsmi Kreml və Rusiyanın tanınmış yazıçısı Sergey Komkov bildirmişdir. Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Yaponiya və. s. bu dövlətlərin torpaqlarını işğal etmiş və yaxud işğalda saxlayan birisinə Nobel Sülh Mükafatı verilməsi gülüncdür. Hər zaman işğalçı aqresiv İmperiya siyasəti aparan Rusiya prezidenti sülh mövzusundan çox-çox uzaqdır. Xatırladaq ki, Azərbaycandan namizəd Allahşükür Paşazadə, Amerikadan isə Donald Tramp olacaq. Maraqlıdır, görəsən hansı xidmətlərinə görə?

Mikayıl Əsədov.

Bunu paylaş: