İşğalçı Ermənistan Qarabağa 1500 dollara muzdlu terrorçular gətizdirir

Dünyanın bir çox ölkələrinin xəbər agentlikləri, Dağlıq Qarabağ döyüşlərində işğalçı Ermənistan tərəfdən çoxlu sayda terrorçuların döyüşlərdə iştirak etdiklərini ictimaiyyətə çatdırmışdır. Muzdlu döyüşçülər ( Vaqner, Pkk, Asala və s) əsasən Livan, Suriya, Rusiya və bəzi ölkələrdən 1500 dollar muqabilində ermənilər tərəfindən döyüşlərə cəlb edilmişdir. Hətta bəzi sosial şəbəkələr vasitəsi ilə bu barədə işğalçı Ermənistan təbliğat işləri aparmaqdadır. Bu barədə Ermənistanın bəzi yüksək rütbəli numayəndələri açıq bildirsələr də dünya birliyi hələ də susur. Hətta bəzi məqamlarda sübutları olmadan Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdən belə qorxmurlar. Niyə bütün dünya 30 il işğala göz yumduğu kimi Qarabağa Ermənistan tərəfindən gətirilən muzdlu terrorçulara da göz yumur? Tezliklə qəhrəman Azərbaycan əsgəri qısa bir vaxtda bu haqsızlığa son qoyacaq və bütün dünya buna şahid olacaq.

Mikayıl Əsədov.

Bunu paylaş: