İşğalçı Ermənistan Azərbaycanın mülki şəxslərinə qarşı, ağ fosfor bombalarından istifadə edir

İşğalçı Ermənistan dünən Tərtər ərazisinə “ağ fosfor” mərmiləri atmışdır və nəticədə mulki şəxslərə birşey olmasa da infrastruktura ziyan dəymişdir. ANAMA-nın araşdırması nəticəsində 2 ədəd ağ fosfor mərmi partladılmışdır. Ağ Fosfor mərmilərinin yüksək yandırıcı qabilliyyəti var və havayla qarışaraq yaxınlıqdakı bütün canlıları məhv etmək qabiliyyətindədir. Bu cür bombalar dünyada qadağan edilmiş bombalar siyahısındadır. Rəsmi Bakı bu barədə BMT-ni məlumatlandıraraq, işğalçı Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı ağ fosfor mərmilərindən atəş açmasının yol verilməz olduğunu bildirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: