İİSS: Azərbaycan və Ermənistanın 2021-ci ilə olan …

Böyük Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) Azərbaycan və Ermənistan siyasətinin 2021-ci qeydlərini təqdim etmişdir. Londonda yerləşən bu qurum 2021-ci ildə Azərbaycanın neft- qaz və yük daşımalarından (İpək Yolu) gələn gəlirlərlə tarazlığını bərpa edəcəkdir. Strateji Araşdırmalar Mərkəzinin təhlilinə görə, Azərbaycan və Ermənistan hər ikisi müharibədən sonra böyük sıxıntılar yaşasa da, rəsmi Bakı daha tez toparlanacaqdır.

 

Azərbaycanda daxildə bu il az da olsa demokratik yumşalmaların olacağı gözlənilir.
Strateji Araşdırmalar İnstitutunun Ermənistan barəsində verdiyi təhlil isə heç də yaxşı deyildir. İqtisadi və müharibə şokunda olan ermənilər vəziyyətdən çıxış yolu axtarırlar. İqtisadi layihələrdən kənarda qalan Ermənistanı yaxın zamanda bir neçə böyük təhlükə gözləyir.

Praktiki olaraq erməni lobbisi, Rusiya ,İran və bəzi ölkələrin köməyi ilə yaşayan Ermənistanın gəlirləri qat-qat azalmışdır. Əsas dəstəyi olan Rusiya və İranın da iqtisadi və daxili problemləri getdikcə artmaqdadır. Ermənistanda hakimiyyət , müdafiə, iqtisadi və.s kimi problemlərlə ölkəni uçuruma aparır. Sonda ; Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) rəyində bildirilir ki, Ermənistanın vəziyyətdən çıxış yolu kimi yalnız Gürcüstan variantını seçməsi yaxşı olardı.

Mikayıl Əsədov.

 

Bunu paylaş: