İçimizdəki ermənilər bizə qənim kəsilib

 

Xalq olaraq inadkar, əzmli, iradəli,mərd millətik.Sübuta ehtiyac yoxdur. Dünya tanıdı bizi 44 günlük müharibədə.Sadəcə, Xalq! Hakim dairələrdə isə vəziyyət tam əksinədir. Bir neçə gün öncə erməni tərəfə əsir düşən həmyerlimiz, əsgərimiz, qardaşımız görüntülərdə alçaldılmış şəkildə davranışa məruz qalıb.Bundan əlavə, separatçılar əsgərimizə kobud davranmaqla yanaşı,cinayət işi açıblar..

Maraqlısı isə həmin əsir düşmüş əsgərimizə dayaq olmaq əvəzinə, Azərbaycan hakimiyyəti də adı çəkilən əsgərə (Cəmil Babayev) cinayət işi açıb.Çox gülünc vəziyyətdəyik…
Utanmadan açıqlama yayan nazirlik rəsmilərinin bir başqa qəbahəti, özlərini sudan quru çıxartmağa çalışmalarıdır. Hərbi qulluqçu necə olur ki, Gəncə hospitalının psixatriya şöbəsini tərk edir?Digər sual: xəstəxananı tərk edən Cəmil Babayev necə oldu Ağdərədə mənzillərin birində tapıldı? Budurmu sizin baş vermiş hadisəyə yumşaq formada don geyindirməyiniz? MN,
özünüzü bununlamı sığortalayırsınız?
Əsgərimizə qarşı ən böyük hörmətsizlik nümayiş etdirən, içimizdəki ermənilərdir, hakimiyyətdir.

Torpaqlarımızı kənar qüvvələrdən təmizləsək də, hakimiyyəti zəbt etmiş erməniləri içimizdən təmizləyə bilmirik. Dövlət və hakimiyyət xalqın gücü sayəsində ayaqda dayanır. Unutmayın ki, verdiyiniz dəyər tez- gec zamanla bumeranq kimi sizə tərəf çönəcək..

Onu da qeyd edim ki, hərbçimiz Babayev Ermənistan ərazisində deyil, doğma torpağımızda həbs olunub. Nazirlik rəsmiləri isə hələ də susur..

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın