Ülvi Novruz: Bir daha “Qurban” bayramınız mübarək…

 

Salam Aleykum. Çox sağ olun, təbriklərinizə görə minnətdaram. Amma lütfən məni təbrik etməsəniz də olar.
İnanın ki, vicdanıma and olsun, istər ad günümdə, istərsə hər hansı bayramda falan ən əzizimin belə məni təbrik etməməsi, heç vaxt məni zərrəcə narahat etməyib. Heç kimdən bu barədə inciməmişəm, heç kimə bu diqqətə görə münasibətim dəyişməyib. Mən belə şeylərə qətiyyən önəm verən deyiləm. Tanrı insanın köksündəki mərhəmət hissinin özüdür. İnsan içindəki sevgidən və mərhəmətdən pay versəydi, dünyada aclar və yoxsullar olmazdı. Özümüzü və Yaradanı aldatmayaq. Sədəqə verərək insanlığı xilas edə bilmərik, sevgimizi və rəhmimizi qurban verib, insanlar arasında paylaşmadıqca, heç kəsi xilas edə bilməyəcik. Azərbaycanda aylardır işləməyən, yardım almayan və dövlətin qayğısından uzaq olan minlərlə ac ailə var.

Xahiş edirəm, onlara ət verin, yemək verin, Qurban kəsə bilməmisinizsə, aparın 10 manat, 5 manat verin. Bu mənə yazılan və sosial şəbəkədə paylaşılan min təbrikdən daha faydalıdır. O yoxsul insanlar çoxdurlar, hər yerdə, blokunuzda, qonşunuzda və s. Qurban sizə, imkanınız varsa, onlara kömək edin. Bir daha qurban bayramınız mübarək…

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın