Üçtərəfli Soçi görüşlərinin “səsi” indi çıxır

 

BBC radiosunun Azərbaycan bürosunun verdiyi məlumata görə, noyabr ayın ın 16 – da Azərbaycan Ordusunun 7 şəhid verərək ələ keçirdiyi Zəngəzur ərazisində olan yüksəkliklərdən geri çəkilibdir. Rusiyanın sifarişi ilə, Azərbaycan Ordusu tərəfindən ələ keçirilən Ermənistan ərazisində olan mövqelərdən, elə həmin Rusiyanın sifarişi ilə də geri çəkilmişdir. Görüdüyü kimi, 1993 – ci ildə
Rusiyanın patronajlığı ilə Azərbaycanda dövlət çevrilişi ilə hakimiyyətə gələn bu rejim, özünü şimal qonşumuzun qubernatoru kimi aparır. Arada da Azərbaycan xalqının qeyrətli oğulları Rusiyanın militarist – imperialist siyasətinin qurbanlarına çevrilir.

İmperialist siyasət demişkən,
Belarusiya ilə ittifaq müqaviləsi imzaladıqdan sonra V. Putinin növbəti çıxışı yayılmışdır. Rusiya prezidenti keçmiş postsovet ölkələrində köhnə əlaqələrin bərpa edilməsinə, ümumi enerji və iqtisadi bloka daxil olmağa, ən əsası isə ümumi ortaq dil olan rus dilinə qayıtmağı zəruri hesab edir. Yəni, Rusiya prezidenti bağlı qapılar arxasında Azərbaycan, Ermənistan, Orta Asiya və s. dövlət başçılarına etdiyi təkid və tapşırıqları açıq – aydın şəkildə dilə gətirir.

Bu arada Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov da yeni yaradılmış Türk Dövlətlərinin Təşkilatının (TDT) hərbi birliklərinin yaranmasının Rusiya üçün arzuolunmaz hesab etdiyini bəyan etmişdir. Özü Belarus ilə hər cür ittifaq, o cümlədən hərbi ittifaq yaradan Rusiyanın, TDT – nin hərbi ittifaqının yaradılmasından narahat olması sağlam məntiqə deyil, zorakılığa söykənir. Rusiyanın bu təhdidi qarşısında türk dövlətlərinin də birləşməkdən başqa yolu qalmır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın