Üç tərəfli görüş baş tutsa, atəşkəs elan edilə bilər

Aldığımız məlumata görə bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşkilatçılığı ilə, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü baş tuta bilər. Məlumatda qeyd edilir ki, bu görüşün telefon və yaxud canlı bağlantı vasitəsi ilə baş tutması ehtimal olunur.
Bəziləri bu görüşün sual altında olduğunu ehtimal etsə də, bu gün hər iki tərəfin dialoquna ehtiyac olunduğunu demək olar.

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti aylardır ki, davam etməkdədir. Görünür, hər iki tərəf başladığı yerdə qalmaqdadır. Üstəlik də tərəflərdə yorğunluq hiss olunduğundan, Putin və Zelenskinin görüşü real görünməkdədir.

Əgər görüş baş tutarsa, nəticə nə olacaqdır? Bu gün Ukrayna Rusiya müharibəsində ən yaxşı nəticə müvəqqəti atəşkəs ola bilər. Gedişatdan görürük ki, Kiyev və Moskva bir-birinə qarşı güzəştə getmək istəmir. Hələlik isə, müharibənin ilk mərhələsi kimi atəşkəsin qəbul edilməsi, mülki şəxslərin təxliyyəsi kimi razılaşma əldə oluna bilər.

Türkiyə və bütün dünya anlayır ki, tərəflər arasında dialoq qurmaq üçün ilk növbədə atəşi dayandırmaq lazımdır. Əgər üç tərəfli görüş baş tutsa, rəsmi Ankara atəşkəsi razılaşdırmaq üçün əlindən gələni edəcəkdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: