Öz sərvətimizi özümüzə, yüksək qiymətə satırlar

 

 

Azərbaycanda yeni bahalaşmaya start verildi. Söhbət Aİ-95 (“Premium”) və Aİ-98 (“Super”) yanacağın qiymətindən gedir. Əvvəllər Aİ-95 1.25 manatdan satılırdısa, indi 1.40 manatdan satılacaqdır. Aİ-98 1.40 manata satılırdısa, indidən 1.55 manata satılacaqdır. Bununla da bu bahalaşma ölkədə bütün alış-veriş bazarına təsir edəcəkdir. Yəni ölkədə bahalaşma davam edəcəkdir.

SOCAR-dan benzinin bahalaşması ilə bağlı, aldığımız xəbəri sizlərə çatdırırıq. Dövlət Neft Şirkəti :” Bu qiymətlər dünya bazarına görə tənzimlənmişdir və neftin qiyməti düşdükdə, benzinin qiyməti də düşəcəkdir”.

Bununla İlham Əliyev xalqa çatdırmaq istəyir ki, neft dünya bazarında bahalaşdıqca, ölkəmizdə də bahalaşma olacaqdır.

 

Bu xalqı hakimiyyət necə dolayıb..

SOCAR (yəni İlham Əliyevin şəxsi şirkətindən) verdiyi bu acıqlama ilə Avropanı nəzərdə tutur. Mikayıl Cabbarov və Rövnəq Abdullayevə “qandırmaq” lazımdır ki, onların nəzərdə tutduğu Avropa ölkələrində netf yoxdur və iqtisadiyyatın güclü olması ilə bu qiymətlər tənzimlənir. Azərbaycan xalqının təbii sərvətini bu quldurlar özümüzə Avropa qiymətinə satmaqdadırlar.

Yaxşı olar ki, İlham Əliyev və Dövlət Neft Şirkəti yanacağın bu cür baha satıldığı ölkələrin, maaşlarını və sosial vəziyyətlərini ölkəmizə gətirsinlər.

Hakimiyyətin nəzərdə tutduğu ölkələrdə, ən aşağı aylıq əmək haqqı 1300 avrodur. Azərbaycanda isə 300 manatdır. Üstəlik həmin ölkələrdə iş yerləri çoxalmaqdadır. Hər iki tərəfi müqaisə etdikdə, tək bir məsələnin şahidi olacayıq; biz xalq olaraq niyə haqqımıza sahib çıxa bilmirik?

Mikayıl Əsədov.

 

Bunu paylaş:

Bir cavab yazın