Öz şərəfsizliyinin, səviyyəsizliyinin, tamahının qurbanı olan Jalə Mütəllimova!

Öz şərəfsizliyinin, səviyyəsizliyinin, tamahının qurbanı olan Jalə! Doğrusu, səviyyəmi salıb heç bu cavabı yazmaq istəmirdim, amma düşündüm ki, hər halda, beləsinə cavab vermək lazımdır. Biri var, Jalə adında. Bu məxluqla Rauf Arifoğlunun seçki kampaniyasında qarşılaşmışam. Yarım saatlıq söhbətin 29 dəqiqəsini Fəzail Ağamalının qeybətini eləməyə həsr elədi ki, mənə deputatlıq söz vermişdi, indi alınmır, bilmirəm oradan necə canımı qurtarım. Bu qadının nə qədər əqidəsiz, mənsəbpərəst olduğunu o söhbətdən hiss elədim. İndi də ha illah eləyir, qeybətcil köşə zurnalisti səviyyəsindən və təfəkküründən o yana qalxa bilmir ki, bilmir. Potensial yoxdur, özünü cırmaqla deyil, olanı odur bədbaxtın. Özü öz bədbaxtlığını dərk etməyəcək qədər zavallıdır. Ocaq başı, pardon qəzet, sayt künc-bucağı qalmayıb…saytlarda, qəzetlərdə olduğu kimi, həyatda da köşəyə, künc-bucağa sıxışıb qalıb. İllərdir sıxışdığı o küncdən kiməsə böhtan atmaqla silkinib çıxmağa çalışır, alınmır. Sifarişli yazılar yazır, amma statusuna yazılan şərhləri də silir, çünki düz sözün qabağında deməyə sözü, dayanmağa üzü yoxdur. Məcbur oldum buradan təkrar paylaşım cavabımı. Mətbuatın üz qaralarından biri. Sənin varlığın-yoxluğun mənim üçün əhəmiyyət daşımır, amma sən mənimlə uğraşırsan, çünki özündən üstün bir qadını qəbul etməyəcək qədər aciz, zavallısan. Sənin kimiləri indiyə qədər çox gördüm – savadsız, qadın kimi həyatda özünə yer tapa bilməyən, hirsini ondan-bundan çıxan birisi, həmkarları arasında hörməti olmayan biri. Dəvətnamə paylayanda belə həmkarların döydüyün qapıları sənin üzünə bağlayıb, açmayıblar. Öz camiəndə belə zərrə qədər hörmətin yoxdur, sözünün kəsəri yoxdur, sən kimsən ki, mənim haqqımda öz səviyyənə yaraşan hərəkətlər edirsən?! Sənin mənə nifrətinin çox səbəbləri ola bilər – paxıllıq, həsəd, sifariş, havadarlarına xoş gəlmək, xozeyinlərindən malades eşitmək və s. Çox dərinə getmirəm barəndə çox şey bilsəm də. Ancaq səninki tək qadın həsədi deyil, sən buyruq qulusan və quyruq bulayırsan. Səni və sənin sifarişçilərini mən də tanıyıram, bilənlər bilir siz kimsiniz, gör, nə qədər səviyyəsizdirlər ki, mənim üstümə sənin kimi satılmış, qeybətcil köşə cızma-qaraçısını göndəriblər. Olanları budur, qınamıram. Özünə və qələminə hörmət edən birisi heç vaxt belə işlərdə maşa, üzəduran rolunda çıxış etməyi özünə rəva bilməz. Erməni haxçıxları gəlib Qarabağda təlim keçir, sənin kimilər də burda havadarlarının hesabına dövlətdən ev qamarlayıb, ona buna şər-böhtan atmaqla məşğuı olursan. Sənin mənə nifrətini gözəl başa düşürəm: biz fərqliyik, sən sınmısan, mən qürurluyam. Əsas fərqimiz budur. Sınmış, gözükölgəlilər hər zaman qürurlulara nifrət edər, onlara gizli həsəd və nifrət duyar. Gör, nə gündəsən ki, bilmirsən hansı yolla kiməsə yaltaqlanasan, mənə daş atmaqla gündəmə gəlib, yerini bərkitməyə çalışırsan. Sənin belə ucuz yollarla mənə daş atmasına qətiyyən təəccüblənmədim, çünki sənin kimilər bir vaxtlar yaltaqlandığın, hesabına ev və başqa imtiyazlar əldə etdiyin sahiblərinə belə qarşı çıxıb daş atırsan, mənə niyə eləməyəsən ki?! Sən bundan artıq olası deyilsən ki?! Mənim karvanım necə lazımdırsa, gedir, sizlər işinizdə olun…P.S. Məni özünlə səhv salma. İşsizəm, xarici qüvvələrə yem olaram deyib mənim dərdimi çəkmək sənə qalmayıb. Qeybətdən, şər atmaqdan ibarət köşə cızma qaraçısı olsaydım, 5 yerdə iş tapardım. Ancaq ki, axı, mən sənin tayın deyiləm ki, satılam. Satılan indiyə qədər satılardı. Sən əsla məni özün kimi bilmə, özünlə dəyişik salma, hər kəsi də öz satqınlıq arşınınla ölçmə! Yel qayadan nə aparar?! Bunun o səviyyəsi yoxdur, durub mənim dediyim şeyləri faktla təkzib eləsin. Beləsinin səviyyəsi qeybət, böhtan, dedi-qodudan o tərəfə keçmir. Öz natamamlıq kompleksini ətrafa, özündən daha üstünlərə daş atmaqla aqressiya formasında büruzə verir. Bunu göndərəsən Biləcəridən o tərəfdə, gedib bir erməniyə cavab verə bilməz, Zərdabdan gəlib, oturub Bakının ortasında qeybət-böhtanla məşğul olur, adını jurnalist qoyub. Səviyyə Zərdab-Bakı marşrutu trayektoriyasından o tərəfə keçə bilmir. Səviyyə yüksək olsaydı, daha ali məqsədlərə qulluq edərdi. Savadlı agent olmağı da bacarmaq lazımdır…

İmza; Nəzakət Məmmədova.

 

(Jalə Mütəllimovanın yazısına bu linkdə baxa bilərsiniz) http://teref.az/gundem/164793-qurbanliq-nezaket.html

 

Bunu paylaş: