Özümüzü yormayaq; İlham Əliyev rus sülhməramlılarının işindən razı olduğunu dəfələrlə bildirib

Azərbaycan torpaqlarında kef edən və 10 noyabr bəyannaməsinə əməl etməyən, Rusiyanın dırnaqarası sülhməramlıları əməlləri ilə hər dəfə Azərbaycan tərəfində narazılıq yaradırlar. İşğalçı rus ordusunun özünü torpaqlarımızda ərköyün uşaq kimi aparmağının səbəbi nədir?

İlk növbədə işğalçı ordunun Azərbaycan torpaqlarına yenidən qaytarılması qəbuledilməz idi. Hələ sabiq prezidenti Əbülfəz Elçibəyin apardığı siyasət sayəsində 90 – cı ilin əvvəllərində rus ordusu Azərbaycanı tərk etdi.

Təbii ki, İlham Əliyev yenidən işğalçıları torpaqlarımıza dəvət etməklə bir siyasi düyünə əl atmış oldu. Üstəlik də o, öz hakimiyyətini 44 günlük müharibədə olduğu kimi, Rusiya ordusunu Azərbaycan torpaqlarına gətirməklə öz krallığını bir qədər də möhkəmləndirmiş oldu.

Hörmətli Azərbaycan xalqı, Rusiyanın Azərbaycan torpaqlarında istədiyini etməsinə görə özümüzü gəlin aldatmayaq. Əsas odur ki, İlham Əliyev hər şeyin necə olduğunu bilir…
Sülhməramlılar adı altında Rusiyanın işğalçı ordusu vətənimizdə istədiyin etdiyi bir vaxtda İlham Əliyev Putinin qarşısında duraraq onların öhdəliklərindən razı olduğunu bildirir. Bu sözün təkrar olunmasını isə dəfələrlə görmüşük. Bu gün Azərbaycan xalqının etirazı isə, yorğunluqdan başqa bir şey deyildir.
Sən xalq olaraq nə qədər etiraz etsən də, Qubernator Çarın qarşısında hər şeydən razı olduğunu bildirir.

Bir sözlə, bu gün sülhməramlı adı altında Azərbaycan torpaqlarını işğal etmiş Rusiyaya bu şəraiti yaradan İlham Əliyev və rejimidir. Bu səbəbdən fərdi şəkildə etirazların heç bir nəticəsi yoxdur. Biz xalq olaraq birləşməli, ölkədən Qubernatoru qovaraq Çarlığa son verməliyik. Necə ki, babalarımız bunu dəfələrlə etmişlər!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın