Övladlarınızı şəxsiyyət kimi yetişdirin

 

Əksər valideynlər övladlarını yaltaq, şəxsiyyətsiz, mənliksiz, qürursuz, amma cibi dolu, altı maşınlı, evli görmək istəyir. 27 yaşı vurub keçmişəm, bu qədər insan tanımışam, bu qənaətimdən bir addım da o yana çəkilməmişəm. Kaş ki, çəkilə biləydim, amma olmur. Bunun adına özlərinin diliylə “övladının yaxşılığını düşünmək” deyək. Şəxsiyyətsiz bir toplumu isə bu gün başına sığal çəkib pulla doyurmaq da asandı, sabah başına qapaz vurub lüt qoymaq da. Yəni Almaniya, Norveç, İsveç lüksünü istəyirsinizsə, övladlarınızı şəxsiyyət kimi yetişdirin, onları şəxsiyyət kimi qəbul edin.

Sağlam ölkələri şəxsiyyətlər və şəxsiyyətlərdən ibarət xalqlar qurur. Ki, səhərisi bir şey olmamış ölkə də, xalq da məhv olub getməsin. Ayaq üstdə durmağı bacarsın. Əks halda isə, o gəlib torpaq iddiasında olacaq, bu öz gücünü səndə yoxlayacaq, bir digəri də səni öz ölkəndə qürbətçiyə çevirəcək.

Eminquey Akif.

Bunu paylaş:

Bir cavab yazın