“Ömürlük prezident” sevdası

 

Bu günlərdə sosial şəbəkələrdə işğaldan azad olunmuş ərazilərdə işləmək üçün yeni vakant yerlər haqqında siyahı dərc olunub. Məlum olur ki, hələ də Azərbaycanda aylıq əmək haqqı 250 – 350 manat olan iş yerləri vardır. Bu işlər o ölkədə baş verir ki, onun prezidentinin təkcə İngiltərədə daşınmaz əmlakının məbləği 700 milyon dollar olan 17 mülkdən ibarətdir. Bir ölkənin başçısının tək bir ölkədə olan mülkü bu qədərdirsə, başqa ölkələrdə və ofşor banklarda olan mülklərin qiymətini isə təxmin etmək olar. Bəzi ekspertlərə görə bu məbləğ 200 milyard dollara yaxındır.                                           Dünya bazarında neftin qiyməti 1,5% artaraq, 88,9 dollar olub. Lakin Azərbaycanda olan yarıtmaz iqtisadi siyasət nəticəsində, daha doğrusu, korrupsiya və rüşvətxorluq bütün dövlət strukturlarını iflic etdiyi üçün, xalqın rifahı yaxşılaşmaq əvəzinə, günü – gündən daha da pisləşir. “Sokar” neft şirkəti hələ də ziyanla işləyir. Yəni, bu o deməkdir ki, neftdən gələn gəlirlər “ailənin” büdcəsinə, Rövnəq Abdullayevin şəxsi hesabına və oğlunun 2 milyon dollarlıq qol saatına xərclənsə də bu pullar, yəni Azərbaycanın neftindən və qazından gələn gəlirlər İ. Əliyevin ailə büdcəsini və Rövnəq Abdullayevin aylıq xərclərini ödəmir. Odur ki, üstəlik xalqın verdiyi gəlirlər də, neft şirkətinin hesabına köçürülür. Bu artıq Azərbaycan xalqına qarşı olan həyasızlığın son həddidir.

Bütün bu faciənin fonunda İ.Əliyev bir zəngilanlı dili totuq çalan qaçqının dili ilə “ömürlük prezident olmaq istəyini” dövriyyəyə buraxır və çox güman ki, xalqın reaksiyasını yoxlayır.
Tərtər dövlət terroruna, Azərbaycanda olan dərin iqtisadi böhrana çarə qılmaq əvəzinə Qarabağda “selfi” çəkdirməklə, günü günə satmaqla belə xəyallara düşmək ən azı məsuliyyətsizlikdir, hətta cinayətdir.
“Ömürlük prezident” xülyası ilə yaşayanların axırı heç də yaxşı olmur. Yaxın tarixdə Qəddafi və Səddam Hüseyn nümunəsi var.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın