Ölkədə nə baş verir?

Son zamanlar xalqın Qarabağımız naminə birləşməsi və şəhidlərimizi, qəhrəmanlarımızı hər yerdə yad etmələri bu hakimiyyəti çox narahat etməyə başlamışdır. Maşınlardan, divarlardan şəhidimiz General Polad Həşimov və digər şəhidlərin şəkilləri sökülür, erməni tutan zabit işdən çıxarılır; artıq ermənilər Azərbaycanı tamam işğal edib və 20 faiz torpaqlarımızı həm xaricdən, həm daxildən zəbt etmişlər. Bu gedişlə isə getdikcə hakimiyyət xalqa qarşı amansızlaşır. Hakimiyyətin aşağı təbəqəsinə qarşı apardığı məkrli davranışı və qəzəbləri hər yerdə görünməkdədir. Nə istəyirlər sadə vətəndaşdan?
Dirisinə, şəhidinə qiymət verməyən rejim üçün bundan sonra bu vəziyyəti görən valideynlərin hansı biri deyər ki, övladımı Vətən üçün böyütmüşəm. Axı min zülmlə böyüdülən övladın bir gün valideynin çiynində məzara getməsini hansı ana, ata istər?
Səbəb isə bu hakimiyyətin gələcəyin əsgərinə dəyər verməməsi və 18 yaşı olan kimi əsgər aparması hansı məntiqə sığar? Artıq bəsdir, bizlər Vətən üçün, ölkəmizi mudafiə etmək üçün əsgər böyüdürük, kimlərinsə vəzifədə qalması üçün yox!

İmza; Rəşad Şıxəliyev.

Bunu paylaş: