Ölkədə intiharlar çoxalır

 

Son vaxtlar ölkədə intihar hadisələrinin artdığını demək olar. Bir neçə ay bundan əvvəl dərc edilmiş məqaləmizdə bu barədə sizləri məlumatlandırmışdıq. Hətta ölkədə buna məcburedici siyasətin aparıldığının xəbərini vermişdik.
Azərbaycan psixoloqları qeyd edir ki, psixoloji dəstək alan insanları 90 faizdən çoxunun problemi sosial vəziyyətlə bağlıdır. İllərə nəzər etsək hər il ailə daxili münaqişələrin, boşanmaların, intiharların sayı artmaqdadır.

Son zamanlar, əsasən də gənclərin intihar etməsi xəbərini tez – tez eşidirik. Bu intiharlar necə başlayır?
İlk təzyiqlərin ailə daxilində başladığını deyə bilərik. Əgər bir ailədə nəsə çatmırsa və azdırsa, bu, daxildə problemlər yaratmağa başlayır.

Psixoloqlar qeyd edir ki, hər il onlara müraciət edən insanlar, işsizlik və pulsuzluqdan ailəsinin daxilində problemlər yarandığını bildirirlər. Qeyd edək ki, bu əlamətlər ailə daxilində intiharlara səbəb olan əsas problemlərdir.
Təsəvvür edin, çörək pulu qazana bilməyən bir valideyn öz əsəblərini övladlarından çıxmaqdadır. Bu zaman bu təzyiqlərə dözə bilməyən gənclər isə, çıxış yolunu intiharda görürlər. Valideyin nəvazişi görməyən bir uşaq, öz gələcəyini neçə qura biləcəyi barədə heç bir təsəvvürü olmadığından sonda bu addımı atmaqla canını qurtarmaq istəyir.
Bu səbəbdən ailədaxili problemlərdən intiharlar getdikcə artmaqdadır.

Bu gün İlham Əliyev hakimiyyətinin qurduğu siyasətdən biri də gənc nəsli məhv etməkdir. İşsizlik, pulsuzluq səbəbindən yaranan intiharların bir başa günahkarı İlham Əliyev və onun siyasətidir.
Ölkədə olan acınacaqlı sosial vəziyyət neçə – neçə ailələrin məhvinə gətirib çıxarır. Bu gün intiharın çoxunun bu üzdən baş verdiyi heç kimə sirr deyildir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın