Ölkədə Bələdiyyələrin cinayətləri

Bu gün İctimai tv- də ” Sabaha saxlamayaq” verilişində”Bələdiyyələr özünü doğruldurmu” mövzusunda müzakirələr aparılırdı.Aparıcı bələdiyyə nümayəndələrinə belə bir sual verdi ki, seçkilər zamanı bələdiyyə üzvlərinin siyahısını görürük, seçkilərdən sonra onların fəaliyyəti demək olar ki, görünmür. Tamaşaçıların da əksəriyyəti heç bələdiyyələrin nə iş görmələri haqda məlumatlı deyillər. Əlaqədar qurumun nümayəndələri çox çalışdılar bu suallara cavab verməyə, ancaq hiss olunurdu ki, özləri də dolaşığa düşüblər. Dedilər ki, 2003 – cü ilədək bələdiyyələr yalnız torpaq satmaqla məşğul idilər. Sonra evlərdən vergi yığmağı da bələdiyyəyə tapşırdılar. Amma burada bir əmma var ki, evlərin çoxu sənədsizdir və sənədli olanlar da vergi ödəməkdən boyun qaçırırlar. Həm də qəribədir, torpağı bələdiyyə satır, amma oarda tikilən ev onların mülkiyyətinə aid deyil.Aydın oldu ki, qanunlarda çox boşluqlar var. Ümumiyyətlə, həm bələdiyyə, həm icra strukturu lazımdırmı? Əhalidən ancaq pul qoparmaq vasitəsi olan bu orqanları birləşdirmək olmazdı mı? Oturub ancaq maaşlarının azlığından şikayət edən deputatlar qanunlarda olan bu cür boşluqları aradan qaldırmaqdan ötrü niyə təşəbbüs göstərmirlər?


Səbəbi isə həmin cinayətkar Bələdiyyə sədrlərinə başçılıq edən Deputatlar və Bakı Şəhəri İcra Hakimiyyətidir. Bu gün ölkədə qurulmuş sistem bir-biri ilə zəncirvari bağlıdır. Bu səbəbdən Bələdiyyələr illərdir bir torpaq sahəsini üç-dörd nəfərə satırlar. Belə olduğu halda isə məhkəmə kim pulu çox versə, Bələdiyyə tərəfindən satılmış torpaq sahəsini də ona verirdi. Bu isə bələdiyyə tərəfdən bütün orqanları dolandırmaq mexanizmi idi.

Bunu paylaş: