Ölkə daxilində Rusiyanın sədaqətli kölələri…

Sentyabrın 21-də Milli Məclisini sədri Sahilə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Rusiya Federasiyasına ilk rəsmi səfər edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nümayəndə heyətinin tərkibinə Millət vəkilləri və Parlamentin digər məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər. Səfər zamanı Parlament Sədri Sahilə Qafarova Rusiya Federasiyası, Federal Məclis Şurasının Sədri Valentina Motvienko və Rusiya Federasiyası dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, iki ölkənin parlamentlərarası əlaqələrinin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacağı planlaşdırılır. Səfər zamanı iki ölkə Parlamentlərarası əməkdaşlığının daha da genişləndirilməsi haqqında sazişin imzalanma mərasimi keçiriləcək.
Həmçinin Parlament sədri Sahilə Qafarovanın Rusiya Federasiyası XİN- rəhbəri Sergey Lavrovla da görüşcəyi də nəzərdə tutulub. Səfər sentyabrın 23-də başa çatacaq. Sonda Sahil Qafarovanın Parlament sədri kimi ilk rəsmi səfərini məhz Rusiya Federasiyasına etməsi bir daha Sahilə Qafarovanın Rusiyanın adamı olduğunu açıq şəkildə ortaya qoyur. Sahilə Qafarova bir daha bu səfərlə özünün Rusiyanın sadiq köləsi olaraq açıq şəkildə Rusiyanın dövlət maraqlarına çalışdığını sübut etmiş oldu.

İmza; Əziz Əzizli

Bunu paylaş: