Çinin yeni siyasəti, Asiyanı Türkiyə və Pakistanla bölüşəcək

 

Bildiyiniz kimi, Amerika, NATO və bir sıra ölkələrin sülhməramlı qoşunları bu il Əfqanıstandan çıxarılmalıdır. Amerika və NATO bu işdə daha aktivlik göstərir. İlk öncə bölgələrdən çəkilən dünya gücləri paytaxt Kabuldan da yavaş – yavaş çıxmağa başlayırlar. Bu fürsəti əldən buraxmayan “Taliban” qruplaşması hərəkətə keçərək ölkənin 40 faizdən çox bölgələrini öz nəzarətinə keçirmişdir. Artıq Tacikistan, İran, Türkmənistan sərhədləri də Talibanın əlinə keçmişdir.

Bəs Talibanı bu qədər aktivləşdirən nədir və kimdir?.Təbii ki, Çin Talibana dəstək verərək Asiyanın mərkəzini tam ələ keçirmək istəyir. Sərhədləri yaxınlığında güc dövlətləri sıxışdıraraq çıxardır. Lakin Çini bu işi tək bacara bilmədiyi üçün Türkiyə və Pakistanla əməkdaşlıq etməsi zəruridir. Nəzərə alsaq ki, Mərkəzi Asiya dövlətlərinin 70 faizi türk dili dövlətlərdir, burda Türkiyə ilə müttəfiqlik qaçılmazdır. Digər tərəfdən isə Pakistan Çinlə strateji, hərbi, iqtisadi və s kimi müttəfiqlik bağları bağlamaqdadır. Bununla belə, bu üç dövlət Mərkəzi Asiyaya nəzarət etdiyi kimi, Avropaya çıxan böyük ipək yoluna da nəzarət edəcəkdir.

Çinin Talibana daim dəstək verməsi, Mərkəzi Asiyada geopolitik vəziyyəti dəyişməli oldu. Hələlik, Amerika, NATO və Rusiya bu məsələyə seyrçi kimi qalmaqdadır.
Bəs niyə Çin Əfqanıstanı nəzarətə götürmək istəyir?. Çoxları bunu iqtisadi gələcək üçün düşünsə də, əslində əsil məsələ Hindistandır. Bilirik ki, Çin və Hindistan illərdir bir – birinə qarşı münaqişədədir. Son vaxtlar Hindistanın artan gücü dünya güclərini narahat etməyə başlamışdır. Bu səbəbdən Rusiya, Amerika, Avropa, Çin, Türkiyə dünyada 6 – cı gücün yaranmasını istəmir. Çin Hindistanı iqtisadi blokadaya salaraq parçalamaq istəyir. Buna görə Türkiyənin Asiya bölgəsində böyük nüfuza malik olduğunu anlayır. Bununla da Çin Türkiyənin böyük güc dövləti olduğunu qəbul edir və Mərkəzi Asiyanı birgə bölüşməyi təklif edir. Bu vəziyyət isə yaxın zamanda Türk dilli dövlətlərin ordu birliyinin yaranmasında böyük rol oynayacaqdır.

Aldığımız daha bir xəbərə görə, Türkiyə Pakistanı silahlandırmaq üçün hərəkətə keçmişdir. Bu ilin sonuna kimi Türkiyə Pakistana, yeni növ PUA – lar və digər silahlar göndərəcəkdir. Bununla da Talibanla başlayan yeni geopolitik oyun bölgədə vəziyyəti dəyişəcəkdir. Hindistanın atom silahları Çinin açıq müharibə etməsinə mane olur. Bu səbəbdən Çin, Türkiyə, Pakistan müttəfiqliyi Hindistanı parcalaya bilər. Yəni Çin Mərkəzi Asiyanı Türkiyəyə verir və Hindistanı özünə götürür.

Mikayıl Əsəsdov.

Bunu paylaş:

Bir cavab yazın