Çingiz Abdullayev, sizlər üçün niyə ruslar bu qədər əzizdir ?

Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanda rus dilli məktəblərin bağlanmasına qarşı çıxdı. O bu barədə sosial mediyada bildirmişdir. Çingiz Abdullayev İlham Əliyev və Paşinyanı müqayisə edərək Azərbaycan prezidentini nümunə göstərmişdir və hərbiçilərimiz, mətbuat işçiləri arasında və bir çox sahədə rus dilinin önəmli olduğunu bildirmişdir.
Yəqin ki, rus dilli kadr yetişdirməyin Azərbaycan üçün çətin məsələ olmadığını hər kəs anlayır. Çingiz bəyin bu fikrinə görə bir neçə məktəb olması yetərlidir. Hörmətli xalq yazıçısı Çingiz Abdullayev, söhbət orda oxuyan uşaqların gələcəkdə rus düşüncəsi ilə böyüməsindən gedir və sizin indiki halda Rusiyanı müdafiə etməyiniz də rus düçüncəsi ilə böyümənizdən irəli gəlir.
Mən çox sevinərdim ki, Çingiz bəy öz dünya şöhrətli əsərlərində şimal qonşularımızın bizə dost və yaxud düşmən olduğuna aydınlıq gətirsin.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: