Çin həqiqətən Rusiyaya kömək edəcəkmi?

 

Son zamanlar Rusiyanın Ukrayna məsələsinə görə vəziyyəti getdikcə pisləşməkdədir. Demək olar ki, son bir ayda beynəlxalq güclər tərəfindən Rusiya iqtisadiyyatı sıxışdırılmağa doğru gedir. Aldığımız xəbərə görə daxildə bahalaşma sürətlənir, ölkə iqtisadi tənəzzülə doğru hərəkət etməkdədir.

Bundan çıxış yolu kimi, Kreml rəsmi Pekinlə əlaqələrinin güclənməsini istəyir. Hər iki ölkə başçıları daha geniş iqtisadi əlaqə qurmağı hədəfləmişdi.
Ekspertlər Rusiyanı çıxılmaz vəziyyətdən yalnız Çinin çıxara biləcəyini düşünür.
Artıq bu barədə Putinin yaxın ətrafı da ictimaiyyətə bildirməyə başlayıb. Rusiya tərəfi rəsmi Pekinlə yaxın zamanda böyük müqavilələr bağlanacağını qeyd edir.

Qərb Ukraynanın, Gürcüstanın, Moldovanın torpaqlarını işğal edən Putinin bütün layihələrinə embarqo tətbiq edəcək. Demək olar ki, Rusiyanın Avropadakı qaz, neft, layihələri sanksiyalarla üz-üzədir.

Belə olan halda, həqiqətən də Çin Rusiyaya köməklik edəcəkmi?
Rusiyanın əsl problemi burdan başlayır.
Tarixə nəzər etsək, Uyğur Türklərinin Çinə verilməsindən sonra, rəsmi Pekin Kazan və Sibir kimi yerləri də öz ərazisinə birləşdirmək istəyir. Dəfələrlə bu barədə Moskva tərəfi, Pekinə öz etirazını bildirmişdir.
Hər halda, Çinin Rusiyaya boş kömək etməsini gözləməyin.
Çin öz mənfəətini güdən ölkələrdən biri olaraq dünyada tanınmaqdadır.

Digər tərəfdən isə, Pekin Rusiya – Qərb toqquşmasında maraqlıdır. Çünki müharibə başlayarsa, qalib olmaqdan başqa hər iki tərəf, hərbi, iqtisadi, iqtisadi cəhətdən zəifləyəcəkdir. Bu zaman isə, Çin dünya lideri olacaqdır. Bir sözlə, Çinin Rusiya ilə dostluğu, yol bitənə kimidir. Əgər Rusiya zəifləyərsə, Pekin Rusiyanın bir hissəsini işğal edəcəkdir. Hegemon dövlətlərin dostluğu elə inandırıcı görünmür.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın