Çin, Amerika və İranı Zəngəzur dəhlizinə görə neytrallaşdırdı

 

Hörmətli oxucular, son bir neçə həftədir ki, bölgəmizdə vəziyyət dəyişməkdədir. Zəngəzur dəhlizi üzərində dünya gücləri mübarizəyə qoşulur.

İlk öncə:
1.İranın geri addım atması.
2.Amerika və NATO nümayəndələrinin bölgəyə intensiv səfəri.
3.Nikol Paşinyanın Vladimir Putinlə görüşündən sonra fikirlərini dəyişməsi.
4.Türkiyənin bölgədə böyük təsiri.
5.Hindistanın XİN-nin Ermənistana səfəri.
6.Gürcüstanın 3+3 danışıqlarından ehtiyat etməsi.
7.ÇİNİN BÖLGƏDƏ “İPƏK YOLU” NU DƏSTƏKLƏMƏSİ, açıq şəkildə Zəngəzurun açılması.

İlk öncə Çinin bölgədə gücünün artdığını görən Qərb, tez bölgəyə– Gürcüstana, Azərbaycana, Ermənistana amerikalı yüksək rütbəli nümayəndələr, Avropa Şurasına nümayəndələrini göndərməyə başladı. Digər tərəfdən isə, Ermənistan Çinin istəyindən imtina etmək istədiyini göstərmək üçün, Hindistanın nümayəndələrini İrəvana dəvət etdi və bu bir siyasi gediş olsa da baş tutmadı. İran isə, Zəngəzurda Amerika və İsrailin varlığını ortaya ataraq vəziyyəti dəyişmək istəməsi baş tutmadı.

Buna görə də Türkiyə və Rusiya İranı başa saldı ki, bölgədə söz sahibi Türkiyə və Rusiyadır. Eyni formatda da, Nikol Paşinyanı başa saldılar ki, bölgənin yiyəsi vardır. Bir sözlə, bölgə dövlətləri anladı ki, əsas söz sahibi Çindir və rəsmi Pekinin bir nömrəli marağı, “İpək Yolu” nu Zəngəzur vasitəsi ilə bərpa etməkdir. Aydın məsələdir ki, Pekin bu işə var gücü ilə dəstək verməkdədir. Bu üzdən heç kim Çinlə açıq mübarizəyə girmək marağında deyil.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın